Türmədə uşağı yoxa çıxan qadın haqda rəsmi AÇIQLAMA
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Taxıl Terminalı” MMC-nin baş texnoloqu Qalib Bağırovun qətlində təqsirləndirilən Eh tiram Həsənov, Mübariz Əliyev və Mahnurə Hüseynovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bakı 1 saylı İstintaq Təcridxanasında saxlanılan Mahnurə Hüseynova məhkəməyə müraciət edərək polis əməkdaşları tərəfindən saxlanılarkən hamilə olduğunu deyib: “Mən türmədə uşaq dünyaya gətirdim, oğlan idi. Atası da Ehtiram Həsənovdur. Körpəmi türmədə yoxa çıxartdılar, nə ölüsü bilinir, nə dirisi. Uşağımı oğurladılar, mənə də heç nə demirlər”. Qeyd edək ki, Mahnurə Hüseynova “Bakı Taxıl Kombinatı”nın direktoru Qalib Bağırovun qətli ilə bağlı təqsirləndirilir. Onunla bərabər əri Ehtiram Həsənov və Mübariz Əliyev də saxlanılıb.
qadı
Məsələ ilə bağlı Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov Modern.az- açıqlamasında bunun absurd olduğunu deyib:
“Şəxsin türmədə uşaq dünyaya gətirməsi və uşağın yoxa çıxması absurd bir şeydir.
Hazırda qadının məhkəmədə verdiyi bəyanat araşdırılır.Bu barədə açıqlama veriləcək”.