Arvadını və QIZLARINI öldürən ATA HƏBS edildi
Salyandakı tükürpədici cinayəti törədən ata və oğlu həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu gün səhər saatlarında qətli törədən Fərhad Əliyevlə oğlu Fəqan Əliyev polis tərəfindən saxlanılıblar. Qeyd edək ki, hadisə 2014-cü ildə baş verib. Evin xanımı Mehparə Nadir qızı Əliyeva dörd qızı (İradə, Rəqibə, Sevda və Ümidə) ilə birlikdə ailə başçısı Fərhad Əliyev tərəfindən qətlə yetirilib. Daha sonra cəsədləri həyətdə basdırılıb.