Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünü əsasən S. Hüseynova 5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tədbiq edib və məhkəmə zalından azadlığa buraxıb.
Qeyd edək ki, S.Hüseynova vətəndaş İlqar Babayevin 86 min dollar, başqa bir şəxsin isə külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.
İstintaq dövründə S.Hüseynova barəsində həbs qətimkan tədbiri seçilməyib. Lakin məhkəmə dövründə prokuror ona 10 il cəza istəyəndən sonra S.Hüseynova növbəti proseslərə gəlməyib.
Hakim Novruz Kərimov onun həbs və barəsində axtarış qərarı çıxarıb.
R.Ayxanla birgə işləmiş dizayner S.Hüseynova Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub və o, Bakı İstintaq Təcridxanasına köçürülüb.
S.Hüseynova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.
Əməkdar artist R.Ayxan bir neçə il bundan əvvəl S.Hüseynova ilə birgə moda evi açıb, biznes fəaliyyəti ilə məşğul olub. Ötən ay isə S.Hüseynovanın adı dələduzluq əməlində keçdiyi üçün R.Ayxan onunla işbirliyinə son qoyduğunu açıqlayıb.
Onu da qeyd edək ki, mətbuatda S. Hüseynovanın xarici ölkələrdə porno filmlərə çəkildiyi qeyd edilib. Hətta onun porno çəkən stusiyada kastinqdə çəkilmiş videosu yayılmışdı.