“Lotu Quli”nin RƏQİBLƏRİNƏ ABŞ-dan ZƏRBƏ – Sarkisyanın avtoritet dostu NİYƏ SINDIRILIR?

“Lotu Quli”nin rəqiblərinə ABŞ-dan ZƏRBƏ – Sarkisyanın avtoritet dostu NİYƏ SINDIRILIR?

ABŞ-ın Maliyyə Nazirliyi Rusiya və keçmiş SSRİ-dən olan 10 kriminal avtoritetə, həmçinin iki Rusiya şirkətinə qarşı sanksiyalar tətbiq edib.

Publika.az xəbər verir ki, bu haqda Maliyyə Nazirliyinin mətbuat xidmətinin bəyanatında deyilir.

Siyahıya Yuri Piçuqin (Piçuqa), Ruben Tatulyan (Robson), Alimjan Toxtaxunov (Tayvançik), Vladimir Türin (Türik), Zaxari Kalaşov (Şakro Molodoy), Vasili Xristoforov (Voskres), Kamçibek Kolbayev (Kamçi Bişkekski), Laşa Şuşanaşvili (Laşa Rustavski), Vladislay Leontyev (Vadik Belıy) və Qafur Rəhimovun adları daxil edilib.

Maliyyə Nazirliyinin versiyasına görə, yuxarıda göstərilən kriminal avtoritetlər “qanuni oğrular” təşkilatı ilə bağlıdır. Onlar ABŞ, Rusiya, Yunanıstan, İspaniya və Ukrayna ərazisində hərəkət edirlər.

Qeyd edək ki, adıçəkilən kriminal avtoritetlərin bəziləri, məsələn Vasili Xristoforov, Laşa Şuşanaşvili, Yuri Piçuqin və Vladimir Türin Zaxari Kalaşovun həbs olunması ilə Rusiyanın kriminal dünyasında sahibsiz qalan “taxt” uğrunda mübarizədə azərbaycanlı avtoritet Nadir Səlifova (“Lotu Quli”) rəqib hesab olunurlar.

 

“Taxt oyunları” serialı GERÇƏK OLUR: kimlər "kral" olmaq üçün “Lotu Quli” ilə MÜHARİBƏ APARACAQ?

 

“Qara siyahı”ya düşən şirkətlərin Rusiyada yaşayan ermənistanlı biznesmen, məşhur avtoritet Ruben Tatulyanla bağlı olduğu deyilir. Kriminal aləmdə daha çox “Robson” kimi tanınan Tatulyan Ermənistanın baş naziri Karen Karapetyanın yaratdığı “Ermənistan investorlar klubu”nun üzvüdür. O, habelə prezident Serj Sarkisyanla yaxındır, “Robson”un Sarkisyanla çəkilmiş fotoları internetdə var.

Təsadüfi deyil ki, bu ilin oktyabrında Soçi hava limanında Sarkisyanı qarşılayanlar arasında "Robson" da olub. Ruben cinayətkar aləmdə nüfuzlu şəxslərdən biridir. Məlumata görə, "Robson" Ermənistan parlamentinin keçmiş deputatı Ruben Hayrapetyanın yaxın adamıdır və o, Ermənistana tez-tez səfər edir. Ermənistandakı yüksək vəzifəli şəxslər və oliqarxlar onunla tanışlığa can atırlar.






Fikirlər