Dekan müavini tələbəyə AĞIR CƏZA verilməsini istədi - MƏHKƏMƏ TƏMİN etmədi

Bakıda tələbə ilə dekan müavini arasındakı məhkəmə çəkişməsinə apellyasiya məhkəməsində də baxılıb.

Musavat.com xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadənin, həmin fakültənin tələbəsi olan Zəka Mirağayevə qarşı iddiasına Yasamal Rayon Məhkəməsində baxılmışdı.

Hökmə əsasən Z.Mirağayev 1 il müddətinə islah işlərinə cəlb edilməklə onun aylıq əmək haqqısının 15 faizi də cərimə olaraq tutulub.

Z.Mirağayev və dekan müavini bu hökmdən apellyasiya şikayəti veriblər.

Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Dekan müavini keçmiş tələbəsinə daha ağır cəza verilməsini, tələbə isə barəsində bəraət hökmü çıxarılmasını istəyib

Məhkəmə tərəflərin şikayətini təmin etməyib və Yasamal Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Xatırladaq ki, Zəka Mirağayev məhkəmənin ədalətli qərar çıxarmayacağına əmin olduğu üçün ölkəni tərk etmişdi.

Qeyd edək ki, Nigar İsmayılzadə Zəka Murağayevin Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddəsi ilə də cəzalandırılmasını istəyir. Xüsusi ittihamçı “anaxeber” saytında yer almış yazıdakı “Nigar İsmayılzadə “İlahiyyat” fakültəsinin adına layiq deyil” cümləsini təhqir hesab edir.






Fikirlər