Gəncədə POLİSİ döydülər
Kəlbəcər Polis Şöbəsinin əməkdaşı döyülüb. Hadisə Gəncədə Kəlbəcərdən olan məcburi köçkünlərin məskunlaşdığı yeni yaşayış massivində qeydə alınıb.
Dava zamanı rayon Polis Şöbəsinin post-patrul nəfəri 1991-ci il təvəllüdlü Alışanov Səttam Azad oğlu döyülərək müxtəlif bədən xəsarətləri alıb. O dərhal xəstəxanaya çatıdırılıb.
Faktla bağlı hüquq-mühafizə orqnaları tərəfindən araşdırma aparılır. (APA)