29.01.2014. - 19 yaşlı gəlini kim zorladı?

29.01.2014. -  19 yaşlı gəlini kim zorladı? Suriyadakı döyüşdən ailəsiylə birlikdə Türkiyəyə qaçan 19 yaşlı S.U. burada da dəhşətli həyat yaşayıb.
AzerTaym.az-ın Doğan Haber Agentliyinə istinadən verdiyi məlumata görə, 4 ay əvvəl 19 yaşlı S.U. ailəsi tərəfindən Diyarbəkirdə H.Ş. adlı şəxsə 11 min Türk lirəsi (5000 ABŞ dolları) məbləğinə satılır. “Başlıq parası” ödyən H.Ş. 19 yaşlı qızı kəndə aparır və burada ona işgəncə verir.

“Məni bir kəndə apararaq, 15 gün saxladılar”, - deyə S.U. hər gün işgəncələrə məruz qalıb. Bundan əlavə qızı hər gün müxtəlif kişilər zorlayırmış. Qızın iniltiləri yaxınlıqda yaşayan qonşularını polisə şikayət etməyə vadar edib. H.S. qonşularının şikayəti ilə həbs olunub.

Məhkəmədə ifadəsi alınan H.Ş. özünü belə müdafiə edib: “Mən deyilənləri qəbul etmirəm. Mən və ailəmin digər üzvləri fiziki cəhətdən qüsurluyuq. Mən qızla cinsi əlaqəda ola bilmirəm. H.Ş. 4 ay həbs çəkdikdən sonra, S.U. hansısa səbəbdən şikayətini geri götürüb. Bunula da H.S. bəraət qazanıb.

Qeyd edək ki, keçirilən tibbi ekspertiza nəticəsində H.S.-nin həqiqətən də fiziki qüsurlu, yəni kişilikdən məhrum olduğu məlum olub.






Fikirlər