AZƏRBAYCANDA 2 nəfəri güllələyən NAZİR qohumu HƏBS EDİLDİ (YENİLƏNİB/FOTOLAR)

Azərbaycanda 2 nəfəri güllələyən nazir qohumu həbs edildi (YENİLƏNİB/FOTOLAR)

AzerTaym Lent.az-a istinadən xəbər verir ki, güllələnmə hadisəsini törətmiş Azər Məmmədov müdafiə sənayesi naziri Yavər Camalovun və Şirvan şəhər icra başçısı Mərdan Camalovun dayısı oğludur. Xəsarət almış Teyyub Tağıyev isə "Odessa Teyyub” adı ilə tanınır və kriminal dairələrə yaxın olduğu bildirilir.
Saxlanılan Azər Məmmədov haqqında Azərbaycan mətbuatında ilginc iddialar yazılıb. edib. Belə ki, A.Məmmədov Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşı olub. Atası Pirverdi Məmmədovəvvəllər Şirvandakı yağ zavodunun müdiri olub.
Bildirilir ki, bu, Azər Məmmədovun ilk cinayəti deyil. Belə ki, o, əvvəllər kriminal hesablaşmalar fonunda rayonda daş-qum bazarını işlədən və "Çoban” kimi tanınan şəxsi güllələyib. Ağır yaralı halda rayon xəstəxanasına çatdırılan "Çoban”ın həyatını xilas etmək mümkün olub.  Daha sonra o, Müdafiə Sənayesi Nazirliyinə məxsus "Telemexanika zavodu”nda işləyən Babək adlı şəxsi ölümcül halda döyüb. 2015-ci ildə "Qazel” sürücüsü Rəsul adlı şəxs də "Hacı Azər” tərəfindən güllələnib. İddia edilir ki, Azər Məmmədov rayonda obyektlərdən pul tələb edirmiş. Aylıq haqqı çatdırmayan sahibkarlar onu tərəfindən hədələnirmiş.
"Hacı Azər” kimi tanınan Azər Məmmədovun Şirvan Şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi olmuş Kamran Zeynalovun üstünə silah çəkdiyi də yazılır. Şirvanın polis rəisi bundan xəbər tutduqdan sonra "Hacı Azər”in silahı alınaraq atası Priverdi Məmmədova təhvil verilib. Kamran Zeyanlov isə Şamaxıya rəis müavini göndərilib. 
 
***
12.33
 
Odlu silahla törədilən xuliqanlıq cinayətlərinin üstünü açılması istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN-dən Qaynarinfo-ya verilən məlumata görə, fevralın 24-də Şirvan şəhər sakini Teyyub Tağıyevə odlu silahdan atəş açılması nəticəsində onun müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə Şirvan Şəhər Polis Şöbəsinə məlumat daxil olub. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və şöbə əməkdaşları tərəfindən həyata keçirilən birgə əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri, Azər Məmmədov, Nadir Nehmədzadə və Sabirabad rayon sakini Habil Fərzəliyev saxlanılıblar. Hal şahidlərinin iştirakı ilə H.Fərzəliyevin üzərində şəxsi axtarış keçirilən zaman ondan sandıqçasında 5 ədəd patron "Makarov” markalı tapança aşkar olunaraq götürülüb. Araşdırma zamanı H.Fərzəliyevdən aşkar edilən silah-sursatın dəstənin digər üzvü A.Məmmədova məxsus olması və hadisə zamanı zərərçəkənə məhz onun atəş açması müəyyən edilib.
A.Məmmədovun ətrafında keçirilən əlavə əməliyyat-axtarış tədbirləri ilə onun başqa cinayətinin də üstü açılıb. Belə ki, o ifadəsində 2015-ci ilin aprelin 21-də Şirvan şəhər sakini Rəsul Əliyevə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı "Makarov” tipli tapança ilə bir neçə dəfə atəş açaraq hər iki ayağından yaraladığını bildirib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri
əməliyyat-axtarış və istintaq  tədbirləri davam etdirilir.






Fikirlər