ELMAN RÜSTƏMOVA YENİ VƏZİFƏ VERİLDİ ...
Elman Rüstəmov Baş nazirin müşaviri təyin olunub. Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən xəbərə görə, bununla Baş nazir Əli Əsədov sərəncam imzalayıb. Qeyd edək ki, ötən gün Elman Rüstəmov Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyündən azad edilib. Xatırladaq ki, Elman Rüstəmov 1995-ci ildən Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri olub.