"İsmayıl"ın 70 YAŞI tamam olur

"İsmayıl"ın 70 yaşı tamam olur

Bu gün Azərbaycan kinosunun ən yaddaqalan simalarındna biri olan Ceyhun Mirzəyevin doğum günüdür. Yaşasaydı, 70 yaşını qeyd edəcəkdi.

1946-cı ilin bu günündə Ağdamın Gülablı kəndində dünyaya göz açan C.Mirzəyev Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib, sonra Moskvada təhsil alıb. Sənətkarın 48 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. Çünki "Görüş" filmində Şıxəlinin oğlunun obrazını yaradanda cəmi 11 yaşı var idi. On iki yaşı olanda isə "Ögey ana"ya dəvət almışdı. Ceyhun Mirzəyev kinostudiyada müxtəlif peşələrdə çalışıb. Assistent də olub, rejissor köməkçisi də işləyib, aktyorluq da edib, üstəlik rejissor kimi filmlər də çəkib. "Mozalan" satirik kinojurnalı üçün süjetlər çəkib. "Mozalan"ın bədii rəhbəri olub. Ceyhun Mirzəyev həm də güclü parodiyaçılıq qabiliyyətinə malik olub. Belə ki, o, bir dəfə söhbət etdiyi adamın səsini, danışıq formasını o dəqiqə yamsılamağı bacarırmış. Hətta "Mozalan"ın başlığında səslənən vızıltı səsi də ona məxsus olub.

Onun son filmi isə "Fəryad" olub.

Xatırladaq ki, istedadlı aktyor və rejissor 1993-cü ildə dünyasını dəyişib.






Fikirlər