Zeynəb Xanlarovadan əməkdar artistə: "50 QRAM SƏSİ var..."


 Xalq artisti Zeynəb Xanlarova əməkdar artist Röya Ayxanın ünvanına təriflər yağdırıb. 

 Axşam.az xəbər verir ki, Z.Xanlarova “Bizimləsən” verilişində müğənni haqda bunları deyib:

 “Oxuyanarın içində ürəyimə yatan Röyadır. Mən onu çox bəyənirəm, bunu dəfələrlə demişəm. Ürəkdən danışıram. Onun 50 qram səsi var, 1 ton ürəyi. Ondan xoşum gəlir, qulaq asa bilirəm. O birilər inciməsinlər, yalandan tərifləyə bilmərəm”.

AzerTaym.az






Fikirlər