Colinin çəkisi niyə azalır?

“Colinin çəkisi niyə azalır?

Səhhətində ciddi problemi olduğu iddia edilən Ancelina Coli çəkisinin düşməsi ilə yenidən gündəmə gəlib.

Qafqazinfo” xəbər verir ki, 41 yaşlı aktrisanın çəkisi 34 kq-dan aşağı düşməyə başlayıb.

Hollivud ulduzunun yaxınları məsələ ilə bağlı “Radar Onlayn”a açıqlama veriblər.

Bildirilib ki, Coli heç vaxt bu qədər zəif görünməyib:

“Qolları çubuq qədər nazikləşib. Sağlamlığında ciddi problem var. Xəstəxanaya aparılmalı, sistem vurulmalıdır”.

Eks-həyat yoldaşı Bred Pitin uşaqların vəlayəti barədə məhkəməyə müraciət Ancelinanı daha da sarsıb.

ABŞ mətbuatı yazır ki, Coli səhhətindəki problemləri aradan qaldırmasa, övladları Pitə veriləcək.






Fikirlər