Onu heç kim belə görməmişdi - Məşhurlarımız qırmızı xalçada
Ötən gün Bakıda “Azerbaijan Best Awards” mükafatlandırma mərasimi baş tutub. “Qafqazinfo” xəbər verir ki, milli mükafatlandırma mərasimində aktyor-aktrisalar, müğənnilər, modelyerlər, modellər, teleaparıcılar iştirak iştirak edib. Tanınmışların əvvəlcə ənənəvi olaraq qırmızı xalça üzərində keçidi baş tutub. Rəngarəng libaslarla gecəyə qatılan məşhurlar kameralara poza veriblər. Hər zaman mükafat gecəsinə özəl hazırlaşan Nura bu dəfə də ənənəsinə sadiq qalıb. O, trend rəngli bənövşəyi libasdan istifadə edib. Tədbirdə hər kəsi müğənni Günay İbrahimli təəccübləndirib. Sənətçi fərqli obrazı ilə bütün diqqətləri öz üzərinə çəkə bilib. Onun tərzi Ledi Qaqa və Rihannanı xatırladıb. Məleykə Əsədova illərdir dəyişməyən stilinə bu dəfə də müraciət edib. Xalq artisti saç aksessuarı və yarıqlı libası ilə kameralara poza verib. Gecədə xalq artisti Alim Qasımovun qızı Fərqanə Qasımova da iştirak edib. O, atasına verilən mükafatı almaq üçün mərasimə qatılıb. İfaçı öz geyim tərzi ilə digər məşhurlardan seçilib. Mükafatlandırma mərasimində başqa bir diqqət çəkən məşhur isə xalq artisti Tünzalə Ağayeva olub. Əməkdar artist parıltılı və dekolteli geyimdən istifadə edib.
Mükafatlandırma mərasiminə damğa vuranlar isə müğənnilər Nura Suri və Günay İbrahimli olub.