MENECERLƏRİ MƏŞHUR AKTYORUN 28 MİLYON dollarını OĞURLAYIBLAR

Məşhur aktyor Conni Depp öz menecerlərini məhkəməyə verib. O, menecerlərin 1999-2016-cı illər arasında qanunsuz olaraq 28 milyon dolları mənimsədiklərindən şübhələnir.

AzerTaym.az AZƏRTAC -a istinadla xəbər verir ki, Depp dünyanın ən çox pul qazanan aktyorlarından biridir. Aktyorun menecerləri guya onunla şifahi razılaşma əsasında milyonlarla pul alıblar.
Deppin hüquqşünasları məhkəməyə 52 səhifəlik material göndərib. Aktyor burada menecerlər tərəfindən vergi və cərimələrin ödənilməsi qaydasından da narazılığını ifadə edib. Conni Deppin versiyasına görə bu səbəbdən ona 5,6 milyon dollar zərər dəyib. Eyni zamanda, aktyorun "köməkçiləri” onun hesabından 10 milyon dollara yaxın vəsaiti üçüncü şəxslərin hesabına köçürüblər.

 






Fikirlər