Sarı İt ili ən çox kimlərə düşəcək? - İllər üzrə 2018-ci ilin PROQNOZU

Yeni il - yeni imkanlar deməkdir. Bəs qarşıdan gələn Sarı İt ilində digər illər altında dünyaya gələnləri nə gözləyir?

Publika.az xarici mətbuata istinadən astroloqların illərə görə hazırladığı proqnozu təqdim edir.

Siçan: 1912, 1924, 1936, 1948, 1960, 1972, 1984, 1996, 2008

Bütün işlərdə öz intuisiyanıza güvənin, o sizi bir çox səhvlərdən qoruyacaq. Artıq bir neçə ildir təxirə saldığınız işləri tamamlayın. Yeni layihələr əlaqələrinizi xeyli genişləndirməyə və maddi vəziyyətinizi yaxşılaşdırmağa kömək edəcək. Siçan ilində dünyaya gələnlər üçün 2018-ci ildə əsas mükafat o olacaq ki, dəyərli insanlarla münasibətləri bərpa edə biləcəklər.

Bu il üçün rəng talismanınız: Zümrüd, ağ, yaşıl və sarı.

Öküz: 1913, 1925, 1937, 1949, 1961, 1973, 1985, 1997, 2009

İstənilən dolaşıq hallarda təkbaşına hərəkət etməməyə çalışın, öz məqsədlərinizi həyata keçirmək yaxınlarınızın köməyindən istifadə edin. Emosiyaların təsiri ilə deyil, məntiqə əsaslanaraq qərarlar qəbul edin. Xüsusilə hüquqi münaqişələrdən qaçın. "Zəhərli" insanlarla münasibətləri düzəltməyə ümid bəsləməyin: Əgər enerji, güc və vaxt itirdiyinizi hiss edirsinizsə, ən yaxşısı ünsiyyəti tamamilə kəsin.

Bu il üçün rəng talismanınız: Yaşıl alma, qırmızı kirəmit.

Pələng: 1914, 1926, 1938, 1950, 1962, 1974, 1986, 1998, 2010

Ümumilikdə uğur sizin tərəfinizdədir. Siz daxilən və zahirən dəyişməyə hazırsınız, Kainat bu səylərinizi qiymətləndirəcək. Pələng ilində doğulan insanlar üçün 2018-ci ildə əsas yenilik ondan ibarət olacaq ki, sevdiyi şəxslə yeni münasibətlər qurmaq imkanı qazanacaq. Əgər tərəf müqabilinizə daha çox etibar etsəniz, şəxsi həyatınızda müsbət dəyişikliklər gözlənilir. İnamsızlığa qalib gələ bilməyəndə bunu xatırlamağa dəyər. Sevgi axtarışında olan Pələnglər üçün də Sarı İt ili əlverişli olacaq.

Bu il üçün rəng talismanınız: Ağ, bozumtul, firuzəyi.

Dovşan və pişik: 1915, 1927, 1939, 1951, 1963, 1975, 1987, 1999, 2011

Şəxsi təqviminizdə emosional mərhələnin növbəti inkişaf mərhələsi sona yaxınlaşır: Hisslər daha aydın, parlaq və intensiv olacaq. Sizi qane etməyən insanlarla ünsiyyəti aydınlaşdırmaq artıq daha asan olacaq. Odur ki, ətrafınızı cəsarətlə təmizləyin, öz hüquq və tələblərinizi elan edin. Öz-özünü təhlil etmək bacarığı xarici dəyişikliklər üçün güc verəcək. May və iyul ayı bunun üçün ən yaxşı dövrdür. Pulunuzu gələcəyə yatırın, məsələn, təhsil ola bilər. Sevdiyiniz insanla münasibətləriniz üzərində işləmək lazımdır, ilin sonuna qədər o sizi tam qane edəcək.

Bu il üçün rəng talismanınız: Firuzəyi və tünd qırmızı.

Əjdaha: 1916, 1928, 1940, 1952, 1964, 1976, 1988, 2000, 2012

Gərgin işgüzar dövrləri sükutla əvəz edilə bilər, bunu sakitcə bunu qəbul etməyə çalışın, gücünüzü bərpa etmək üçün bu sükutdan istifadə edin. İntuisiyanız sizə çox kömək edəcək, amma ekspertlərin fikirlərinə və təcrübəli həmkarların köməyinə xor baxmayın. Manipulyatorlardan uzaq durun: Yayda çox güclü emosiyaların təsiri nəticəsində risk etmək ehtimalı var. Odur ki, diqqətli olun. Yeni romana başlamaq üçün münasib vaxt - bahar və yay aylarıdır. İşgüzar münasibətlər asanlıqla romantik hisslərə çevrilə bilər: Həmin adam uzun müddət sizinlə qalacaq.

Bu il üçün rəng talismanınız: Ağ, qızılı.

İlan: 1917, 1929, 1941, 1953, 1965, 1977, 1989, 2001, 2013

Yeni layihələr, şəxsi maraqlar və bütün işlərdə demək olar ki, sizə tam hərəkət azadlığı veriləcək. Sarı İt ili sizə yeni tanışlıq, planlar, ideyalar, çoxlu işlər və ünsiyyət gətirəcək. Güc və sağlamlığınızı itirməmək üçün prioritetləri dəqiq bölməyə çalışın və yayda mütləq istirahət edin. Çünki fiziki və emosional yorğunluq pul itkilərinə səbəb ola bilər. Amma əsas odur ki, 2018-ci ilin hamisi İlan ilində doğulanları sevdiyi insanla münasibətlərinin yeni mərhələyə keçməsinə imkan verəcək. Əgər siz toy mərasiminə hazırsınızsa, digər işləri bir kənara qoyun və sevgilinizlə gələcək həyatınızı müzakirə edin.

Bu il üçün rəng talismanınız: Firuzəyi, akvamarin.

At: 1918, 1930, 1942, 1954, 1966, 1978, 1990, 2002, 2014

Yeni ilin hamisi güclü keyfiyyətlərinizi: optimizm, özünə inam, risk və məntiqi uyğunlaşdırmaq bacarığını nümayiş etdirməyi tələb edəcək. Ulduzlar digər bacarıqlar üzərində də işləməyi məsləhət görür: Arzularınız dərhal yerinə yetmirsə, uduzmağı və əsəbiləşməməyi öyrənin. Bir çox layihələrin həyata keçirilməsində yaxşı menecment tələb olunur, nəinki kreativlik. Əgər yeni romantik münasibətlər axtarışındasınızsa, əvvəlcə köhnələrini aydınlaşdırmağa və bitirməyə çalışın. Sonra isə olmadığınız yerdə məzuniyyət keçirin.

Bu il üçün rəng talismanınız: Ağ, mavi və zeytun yaşılı.

Keçi (Qpyun): 1919, 1931, 1943, 1955, 1967, 1979, 1991, 2003, 2015

Keçi ilindən olanlar üçün 2018-ci il ailə münasibətlərinin qaydaya salınması ilə yadda qalacaq. Ulduzlar sizə maliyyə məsələlərində riskə getməməyi tövsiyə edir. Mühüm qərarlar üçün ən əlverişli vaxt – ilin əvvəlindən may ayına qədər olan dövrdür. Yayda məzuniyyət lazımdır: Eyni zamanda bütün öhdəlikləri və işləri öz üzərinizə götürməməyə çalışın, emosional yüklənmə riski var. Oktyabr və noyabr ən gərgin aylar olacaq, iyun və dekabr isə maddi baxımdan əlverişli ola bilər. Demək olar ki, bütün il yeni romantik münasibətlərin yaradılması üçün uğurlu olacaq, fevraldan noyabradək əlaqələrinizdə harmoniya və qarşılıqlı anlaşma hökm sürəcək.

Bu il üçün rəng talismanınız: Ağ, indiqo.

Meymun: 1908, 1920, 1932, 1944, 1956, 1968, 1980, 1992, 2004, 2016

Maya qədər sizi nikbinliklə dolu günlər gözləyir. Belə müsbət əhval-ruhiyyə ilə yayda cəsarətlə yeni layihələrə başlamaq olar, onlar sizə pul və uğur gətirəcək. İyunda maraqlı xarici ezamiyyət mümkündür, sentyabr ayını isə istirahətə və gücün bərpasına həsr etmək daha yaxşıdır. Sağlamlığınıza biganə baxmayın: Həddindən artıq yorğunluq konsentrasiya itkisi ilə nəticələnə bilər, diqqətsizlik isə ciddi problemlərlə nəticələnə bilər. Sarı İt ilində Meymunları gözləyən əsas sürpriz yeni romantik münasibətlər olacaq. Bayramlar və axşam dəvətlərindən imtina etməyin: Dostluq münasibətləri bu il çox asanlıqla sevgiyə çevrilə bilər.

Bu il üçün rəng talismanınız: narıncı-qırmızı, haki.

Xoruz: 1921, 1933, 1945, 1957, 1969, 1981, 1993, 2005, 2017

Coşqun Xoruzu Sarı İt ili əvəz edəcək. Odur ki, bu il altında dünyaya gələn insanlar öz prioritetlərini yenidən müəyyənləşdirməlidir. Daha çox sağlam düşüncələrinizə köklənin, məntiqə üstünlük verin, emosiyalarınıza aldanmayın. Ətrafdakılarınızın xahişləri sizə xeyir gətirməyəcək, odur ki, "Hə” cavabını verməyə tələsməyin, impulsiv reaksiya və düşünülməmiş hərəkətlərdən çəkinməyə çalışın. Yeni tanışlıq üçün ən uğurlu vaxt yaz olacaq, mövcud münasibətlərin möhkəmlənməsi üçün ən yaxşı dövr ilin son üç ayıdır.

Bu il üçün rəng talismanınız: buz mavisi, şam yaşılı.

İt: 1922, 1934, 1946, 1958, 1970, 1982, 1994, 2006, 2018

Son dövrlərdəki gərginliyi ilham və müsbət ovqat əvəz edəcək. Sarı İt ili sizin üçün düşərli olacaq və çox maraqlı sürprizlər hazırlayacaq. Əgər müsbət cəhətlərinizdən istifadə etsəniz, maliyyə vəziyyətini yaxşılaşdıra və ən böyük ambisiyalarınızı reallaşdıra bilərsiniz, o cümlədən cəsarət və inadkarlıq da məqsədlərə nail olmaq üçün vacib amillərdir. Aprel və iyun aylarında əldə olunan pulları düzgün işlətmək lazımdır: xırda məsələlərə başqa vaxt da pul xərcləyə biləcəksiniz, əldə etdiklərinizi isə gələcəyə yaratmaq lazımdır. Romantik münasibətlər ən gözlənilməz yerlərdə və ya uzaq səfərlərdə başlaya bilər. Odur ki, yayda heç bir dəvət, bayram, konsert və ya tədbirdən imtina etməyin.

Bu il üçün rəng talismanınız: Qırmızı, yaşıl alma, mavi.

Donuz: 1923, 1935, 1947, 1959, 1971, 1983, 1995, 2007, 2019

Sərbəstlik və müstəqillik, nikbinlik, sakitlik və özünə inam kimi müsbət xüsusiyyətləriniz Sarı İt ilinin xoşuna gəlir. Siz ünsiyyətə açıqsınız, ətrafındakıları inandırmağı və onları dinləməyi bacarırsınız, onlar sizi dəstəkləməyə həmişə hazırdır. İşdə və həyati situasiyalarda nüfuzlu insanlar mühüm rol oynayacaq. Yeganə xəbərdarlıq: İyulda sizə keyfiyyətsiz təklif edə bilərlər. Vəziyyəti diqqətlə qiymətləndirin, 100 faiz məlumat əldə etməyincə razı olmağa tələsməyin. May yeni romantik tanışlıq üçün ən yaxşı aydır, yayda isə əcnəbi ilə roman yaşaya bilərsiniz.

Bu il üçün rəng talismanınız: Yaşıl






Fikirlər