“BELƏ CAQQAL kimi insanlarla deyil...” - Aytənlə Roza ARASINDA QARŞIDURMA
Qalmaqalsız ötüşməyən “Maşın” realiti-şousunda aparıcı Aytən Səfərova ilə müğənni Roza Zərgərli arasında gərginlik yaşanıb. AzerTaym.az xəbər verir ki, reper Uran tərəfindən şoudan kənarlaşdırılan aparıcı “Maşın”ın növbəti günündə müğənnini çıxarmaq istədiyini etiraf edib. “Necə ki, Hüseyn Abbasın yanına namərdcəsinə yeridilmişdi, mən də bir jurnalist olaraq Rozanın yanında yer almaqla onların taktikasını öyrənmək istəyirdim. Əgər mən şouda qalsaydım, sabah səsverməyə çıxıb Rozanı oyundan kənarlaşdıracaqdım”, - deyə Səfərova söyləyib. A. Səfərovanın yalançı olduğunu söyləyən R. Zərgərliyə aparıcı cavab olaraq onun nadürüst və çox namərd qadın olduğunu deyib. “Sizin kimi çaqqal kimi insanlarla deyil, Abbas kimi şirlə mübarizə aparmaq mənim üçün şərəf olardı”, - deyə aparıcı vurğulayıb.