Vasiflə Fatimə arasında efirdə GƏRGİN ANLAR: "Restoranın AŞVERƏNİ..."
Əməkdar artist Vasif Məhərrəmli ilə rəqqasə Fatimə Fətəliyeva arasında efirdə gərgin anlar yaşanıb. "AzerTaym.az" bildirir ki,Axşam.az-ın məlumatına görə, “Hər şey daxil" verilişində müğənninin rəqqasə ilə küsülü olduğu ortaya çıxıb. Vasif canlı yayıma zəng edərək məsələyə aydınlıq gətirmək istəyib. O, Fatimə ilə küsülülüyünə Xatun Əliyevanın səbəb olmadığını deyib və rəqqasəni təhqid edib: “Qadın məsələsinə məni qatmasınlar. Ucuz reklamlara ehtiyacım yoxdur. Fatiməni Şəmkirdə olan bir toyun xınasına dəvət etdim. Çox qətiyyətsiz insandır. Birinci başqa, ikinci dəfə isə mənə fərqli qiymət dedi. Burada mənim Fatimədən ağzım yandı. Eybi yox, sonra görüşdük, salamlaşdıq. Seçkilər ərəfəsində Şirvan şəhərində konsert idi. Orada müğənnilər üçün olan çadıra daxil oldum, Fatimə mənə salam vermədi. Həmin ərəfədə də Xatunla dalaşıblar. Məni niyə qatırsız? Üstündən bir müddət keçdi, toyda aş gətirirdi. Hamı kimi aş gətirir da, özəl bir şey etmir. Şadlıq evinin aşverənidir da...”. Onun sözlərini kəsən Fatimə “Ağzınızın danışığına fikir verin. Şadlıq evinin aşgətirəni deyiləm. Görün bu insan mənə nə deyir? Danışıq qabiliyyətin olsun. Xatunla məkanların birində oturub məni müzakirə etmisiniz. Sizin qeybət xoşunuza gəlir. Bu sizin xasiyətinizdir” deyərək, əsəbi cavab verib. Vasif isə “Aş gətirmirsən? Gəldilər mənə dedilər ki, təqdim et "Respublikanın əməkdar artisti Fatimə. Axı bu əməkdar artist deyil. Fatimənin öz günahıdır onunla danışmamağım” deyərək, dəstəyi asıb.