Nadir OD PÜSKÜRDÜ - “Elza erməni QIZI DEYİL”+ VİDEO

Nadir od püskürdü

Müğənni Nadir Qafarzadə əməkdar artist Elza Seyidcahanla Kərim Abbasov arasında davam edən qalmaqala əsəbiləşib.

Nadir sosial şəbəkələrdə Elzanın əleyhinə yazılanlarla, söyüş və təhqirlərlə razılaşmayaraq, iki məşhurun mübahisəsini daha da qızışdıranları tənqid edib. O, İnstaqramda video paylaşaraq bunları deyib:

“Bəzi İnstaqram paylaşımlarını gördüm. Qadınlı, “kişili” hər kəs Elza xanımın üstünə gedir. Utanın! Elza erməni qızı deyil, öz xalqımızın qızıdır. Heç olmasa, ondan utanın. Elza ilə Kərim öz davalarını özləri bilərdi. Sizə nə düşüb ortaya təhqirlər, söyüşlər yazırsız?  Mədəniyyətiniz olsun, ayıbdır! Bir qadının, ananın üstünə bu qədər getmək olarmı?! Ayıb deyilmi?! Düşmənə nə deyək biz?! Şükür edək? Düşməndən betərsiz. Bir insan olaraq mənim əsəblərimə toxunur. Mən səhərdən yazılanları oxuyuram. Qadınlar yazır, sizə nə düşüb, ay “kişilər”, ay qeybətcillər?! Ən azından, Azərbaycan qadınına söyüş yazırsız. Utanın!”.

Nadirin paylaşımına Elza Seyidcahanın özü və Xatirə İslam dəstək olub. 

Xatırladaq ki, Kərimlə Elza arasında müğənni Damlanın üstündə dava düşüb. Seyidcahan Damlanı tənqid etmişdi, Kərim isə onun tərəfini saxlamışdı.

 






Fikirlər