"O SƏS TÜRİKİYƏ"yə görə "Maşın şou"dan GETDİ
"Maşın şou"nun növbəti buraxılışında oyunu Mina Hüseyn tərk edib. "Hind kinosu" devizi altında baş tutan şouda sms səsverməsinə müğənni və aktrisa Mina Hüseyn çıxıb. O, oyunun gedişatında bildirib ki, hədəfi aktyor Taleh Yüzbəyovdur. Sonda 52,01 faiz səs toplayan ifaçı qərarı ilə hər kəsi şoka salıb. O, səsvermədə qalib gəlsə də, şounu özü tərk edib. "Şoudan böyük məmnuniyyətlə Nazilə Səfərlini çıxartmaq istərdim. O, və Sərxan bəy oyunu daha maraqlı edən iştirakçılardır. Odur ki, özüm gedirəm. Lakin onu da deməliyəm ki, mən Nazilə xanımın dediyi kimi pis insan deyiləm. O, məni hansısa həşəratlara bənzətdi və bu, heç xoşuma gəlmədi. Ona sübut edirəm ki, yaxşı insanam". Verilişin müəllifi və aparıcısı Murad Dadaşov da bu qərardan şoka düşdüyünü gizlətməyərək Minanın məntiqsiz oyun apardığını vurğulayıb. İddia edilir ki, Minanın oyundan getməsi "O Səs Türkiyə" yarışması ilə bağlıdır. O, sözügedən mahnı müsabiqəsində Seda Sayanın komandasında çıxış edəcək.