Azər Qəribə ağır itki - Foto

Azər Qəribə ağır itki - Foto

Aparıcı Azər Qəribə ağır itki üz verib.

"AzerTaym.az" axşam.az-a istinadən xəbər verir ki, bu haqda sosial şəbəkədə yazan aparıcı anasının vəfat etdiyini bildirib:

"Mənim Mamam 45 yaşında dul qaldı. O gündən sonra nə qədər dedik, saçlarına bir dəfə də olsun rəng vurmadı, həyat yoldaşına sədaqətliyiki kimi görürdü bunu.

Üç övlad böyütdü, boya-başa çatdırdı, nəvə toyu gördü, nəticə gördü. Son illər səfərlərimi elə salırdım ki, Yeni İl gecəsi Bakıda olum. Ya bu günə qədər gedib-qayıdırdım, yaxud yanvarın əvvəlində düşürdüm yola. Çünki Yeni İl gecəsini anamın yanında olurdum. Bu Yeni İl gecəsini də anamın yanında oldum, amma artıq mərhum anamın yanında. Bu gün isə onu son istəyinə görə Qəbələdə, atamızın yanında torpağa tapşırdıq.

"Allah bütün gedənlərə rəhmət eləsin! Pandemiya ilə əlaqədar yas mərasimi keçirmirik".

 






Fikirlər