“Kim başqasının ayağının altını qazırsa, Allah bəlasını versin“ - İlham Mirzəyev

“Kim başqasının ayağının altını qazırsa, Allah bəlasını versin“ - İlham Mirzəyev

Xəbər verdiyimiz kimi, müğənni Manaf Ağayev efirdə bugünə qədər dilinə gətirmədiyi yaxşılıqlarından danışıb.

O, müğənni Fədayə Laçın və aparıcı İlham Mirzəyevlə dost olmasa da onlara yardım etdiyini açıqlayıb:

“Fədayə Laçının başına iş gələndə 2 il mən onun evinə də, olduğu yerə də yardımlar etdim. Həmçinin İlham Mirzəyevə də. Halal xoşları olsun. Halbuki, onların heç biri ilə dost deyiləm”.

 "AzerTaym.az" bildirir ki, İlham Mirzəyevdən də Manafın fikirlərinə cavab gecikməyib. Aparıcı Manafın vaxtilə həqiqətən də ona dəstək olduğunu bildirib:

 “Manaf çox düz danışır, hamısı düzdür. Biz Manafla dost deyilik, amma etdiyi yaxşılığı da unutmamışam. Dəfələrlə hər yerdə demişəm və təşəkkürümü bildirmişəm. Allah qorusun və mənə də imkan versin ki, onun xəcalətndən çıxım. Ürəyimdə həmişə Manaf Ağayevə və ailəsinə dua edirəm. O ki, qaldı Manafın bağında yeyib-içib “İnstagram”da paylaşanlara, gərək onlar kəsdikləri çörəyə qiymət verəydilər. Şəxsən mən Manafın bağını heç tanımıram və o bağda yeyib-içməmişəm. İnsan kəsdiyi çörəyə qiymət verməlidir. Kim kimin haqqını itirirsə, ayağının altını qazırsa, mərdimazarlıq edirsə Allah bəlasını versin! O hər şeyi görən və biləndir”






Fikirlər