İlk dəfə birlikdə foto paylaşdılar ...

İlk dəfə birlikdə foto paylaşdılar

 

Müğənni-aktyor Özcan Dəniz və özündən 24 yaş kiçik iranlı sevgilisi Samar Dadgar ilk dəfə birlikdə olan fotolarını yayımlayıb. 

AzerTaym.az axşam.az-a istinadən xəbər verir ki, daha əvvəl yalnız paparatsilərin obyektivinə tuş gələn cütlük artıq münasibətlərini gizlətmək istəmir.

Şəkillərin bəziləri yeni ildə Özcannın səhnə aldığı Kiprdə lentə alınıb.

Qeyd edək ki, Özcan 2018-ci ildə ailə qurduğu Feyza Aktanla bir ildən sonra boşanıb. Oğullarının qəyyumluğu uğrunda davam edən qalmaqallı məhkəmə işi isə bir neçə həftə öncə yekunlaşıb. Qərara əsasən, Kuzeyin qəyyumluğu Feyzada qalıb.

 






Fikirlər