“Sən Nazilə Səfərlinin gəlinisən, bəsit geyinə bilməzsən” - VIDEO
Şair Nazilə Səfərli oğlu Nuralının toy tarixini açıqlayıb. O, bu haqda "Bizimləsən" proqramında danışıb. Nazilə bildirib ki, toy maydadır: "Gəlin qızılıyla, gümüşüylə, xonçasıyla qarşılanmalıdır. Gəlini ucuz gətirsən, ona ucuz baxacaqsan. Qızla yola çıxmaq istədim və Türkiyəyə getdik. Zövqünü bilmirəm, geyinir, bitəndə deyirdim. İndi başla daha yuxarı səviyyələrə bax. Utanırdı bahalıya baxmağa. Baxırdım ki, xonçalıq deyil seçdiyi. Çox bəsid gəlinlik seçmişdi. Beş gəlinlik seçdi, geyindi. Bitəndə dedim, indi mənim istədiyimi geyin. Sən Nazilə Səfərlinin gəlinisən, bəsit geyinə bilməzsən, həmin günün şahzadəsisən. Yerini bilməyi mənə xoş gəldi. İkimiz də yerimizi bilməliyik. Bircə gün toy edəcəm. Pul qazanmağa toy etmirəm, balama toy edirəm. Kiməsə ümidli olub, toy etmərəm. İki zalda toy eləməyi gördüm, qohumları ayırırlar, yaxşı deyildi. 10 nəfər qız evinə yer vermişəm. Qız toyu martın 24-dədir. Onlarda adət belədir ki, kişilər olur və bəyi qız ailəsinə təqdim edirlər. Xınayaxdı mayın 6-da, nikah 1-də, toy isə 9-dadır".
/Axsam.az