Yeganə Mürsəlova: "Kişi sabah evə pul gətirmirsə ondan boşanım?" - VİDEO

Müğənni Yeganə Mürsəlova yeni açıqlaması ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, aparıcı Günay Firudinqızının "Qonağım ol" proqramına qatılan sənətçi evli xanımların hər şeyi problemə çevirərək ailələrini dağıtdığını bildirib:

"Vaxt var idi, xanımlar bir təhər balalarını böyüdürlər. İndiki xanımlara isə baxıram ki, çox dözülməz hala gəliblər. Şəxsən mən 18 yaşımdan toylara, şənliklərə gedib pul qazanan xanım olmuşam. Lakin indi evimi də özüm təmizləyirəm, pəncərələrimi də özüm silirəm. Bir də görürsünüz bir xanım deyir ki "Bunun pulu yoxdur, köməkçi tutub pəncərələrini sildirsin". Əgər həmin gün mən özüm evdəyəmsə niyə evimi özüm təmizləməyim? Bu kişi evə pul gətirib sabah gətirmirsə mən ondan boşanım? Bəs övlad? Bəs qınaq?".

Qeyd edək ki, Yeganə Mürsəlova 2010-cu ildə Türkiyə vətəndaşı Fatih Akbudak ilə ailə həyatı qurub. Cütlüyün Ömər adlı yeganə övladı var.






Fikirlər