Ölmüş oğlunu efirdə “görən“ aktyorun halı pisləşdi...
Əməkdar artist Rəhman Rəhmanovun efirdə halı pisləşib. "AzerTaym.az" xəbər verir ki, ARB TV-nin “O Üz” verilişində qonaq olan sənətçi çətin anlar yaşayıb. Dünyasını dəyişən oğlu montaj vasitəsilə efirdə "canlanıb". Bir anda oğlunu qarşında görən Rəhman Rəhmanovun vəziyyəti pisləşib. Aktyor göz yaşı tökərək “Hanı mənim balam?” deyib fəryad edib.