“Atamın 59 yaşı tamam oldu. Həmişəki kimi yaxınlarımızla məzarını ziyarət etdik, sonra isə ehsan verdik. Dünən səhərdən axşama kimi ancaq atamı xatırladıq, dostları onunla bağlı xatirələrini bizimlə bölüşdü”.
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov deyib. O, atasının mahnılarını ən çox Əməkdar artist İlkin Əhmədovun ifasında sevdiyini bildirib:
“Atamın mahnılarını icazə almaqla hər kəs ifa edə bilər. Amma mahnıları korlamamaq şərtilə. Həmişə çalışıram ki, buna imkan verməyim. Amma olduğu kimi o mahnıları ifa edəndə özümə də xoşdur ki, o mahnılar ifa edilsin, yaşadılsın. Atamın mahnılarını ən çox Əməkdar artist İlkin Əhmədovun ifasında sevirəm. Onun ifası atamın ifasına çox oxşayır”, - Rəşid Kazımov deyib.
Qeyd edək ki, Məhəbbət Kazımov 1953-cü il iyulun 1-də Laçın rayonunun Çorman kəndində anadan olub. O, 2014-cü il yanvarın 27-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Ads by
Reklamınızı SmartBee ilə effektiv edin.