Xalq artistinin Londonda oxuyan qızı - FOTO
"Kimin qızından əskiyəm? Niyə plastik əməliyyat etdirməyim? Niyə gözəlləşməyim? Bədənlə işim yoxdur, əsas üzümdür". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Fatma Mahmudova "Xəbər-ətər" proqramında deyib. Bir müddət əvvəl plastik əməliyyat etdirəcəyini açıqlayan aktrisa onu tənqid edənlərə cavab verib. O bildirib ki, yaxın günlərdə bıçaq altına yatacaq. F.Mahmudova proqrama digər qızı İntizarla birlikdə qatılıb. O bildirib ki, İntizar da müğənni kimi fəaliyyət göstərir: "Böyük qızım Azərbaycan Dillər Universitetində bakalavr və magistraturasında oxuyub. London təhsili var. Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universitetinin dərs deyir. Xuraman Qasımova qızımı səsinə görə ikinci kursa qəbul etdi. Sonra ailə həyatı qurdu və bir az sənətdən uzaq qaldı. İndi həyat yoldaşı icazə verirsə, niyə oxumasın?". Qeyd edək ki, F.Mahmudovanın qızı Nigar Tofiqqızı da müğənnilik və aktrisalıq edir.