"Bu vəfasız dünya daha bir dühasını yola saldı"

"Bu vəfasız dünya daha bir dühasını yola saldı"

 

Xalq artisti Brilliant Dadaşova ötən gün dünyasını dəyişən Vaxtanq Kikabidze ilə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, müğənni birlikdə olan arxiv fotolarını bölüşüb.

"Səsini sevdiyim, musiqiləriylə, oxumaq mədəniyyətiylə qəlbimdə yaşayan görkəmli insan, böyük ürək sahibi, əvəzolunmaz Vaxtanq Kikabidze dünyamızı tərk etdi . Bu vəfasız dünya daha bir dühasını yola saldı. Kədərimiz sonsuzdur" deyə, Dadaşova yazıb. 

Qeyd edək ki, Gürcüstanın Xalq artisti, müğənni, aktyor və rejissor Vaxtanq Kikabidze 84 yaşında dünyasını dəyişib. 






Fikirlər