MANAF: “Borca girib alaram, çünki DƏLİsiyəm“ - VİDEO
Müğənni Manaf Ağayev növbəti açıqlaması ilə diqqəti özünə çəkdirib. "AzerTaym.az" Pravda-ya istinadla xəbər verir ki, o, qonaq olduğu "Günün sədası" verilişində mülklərindən və avtomobillərindən söz açıb. M. Ağayevin sözlərinə görə, pulu olmasa belə, borc-xərc edib özünə ev, avtomobil və geyim alar: "Şan-şöhrəti deyə bilmərəm, amma ev, avtomobil və geyimin dəlisiyəm. Pulum belə olmasa, borc edib, alacağam. Bu qədər mənim üçün önəm kəsb edir. Uşaqlıqdan mindiyim avtomobillərə heç bir yaşıdım əyləşməyib".