Zümrüd qohumları toya çağırmayacaq ...

Zümrüd qohumları toya çağırmayacaq

“Gəlinliyimi özüm hazırlatdıracağam. Çox sadə bir gəlinlik istəyirəm”.

AzerTaym.az axşam-a istinadla xəbər verir ki, bu sözləri aktrisa Zümrüd Qasımova “Səhər mərkəzi” verilişində deyib.

O, evliliklərinin 15 illiyini təmtəraqlı şəkildə qeyd edəcəklərini bildirib:

“Toyumda az qonağın olmasını istəyirəm. 50 nəfərdən artıq insan istəmirəm. Mənə yaxın olanların, cütlüklərin iştirak etməsini, fərqli bir məclisin olmasını istəyirəm. Qohumlar qulaq asırlar, deyirlər ki, biz də gələcəyik. Heç kimi əziyyətə salmaq istəmirəm. Qohum-əqraba üçün olmayacaq. Narahat olmayın! Kiçik bir yığıncaq olacaq. 15 illiyimizi qeyd edəcəyik. Böyük məclis etsəm deyəcəyəklər ki, pul yığmaq üçün edir. 15 il sonra bu tarixi əbədiləşdirmək istəyirəm. Müasir dövrdə 15 il hər adam birlikdə yaşaya bilmir. Həyat yoldaşımla çox böyük çətinliklərdən, oddan-alovdan keçmişik, bir-birimizin əlini buraxmamışıq".

Qeyd edək ki, ötən il bəzi sənəd məsələləri ilə bağlı əri Nazim Zeynalovdan rəsmi boşanan aktrisa 30 İyun Milli Sevgililər Günündə toy etməyi planlaşdırırdı. Lakin rəfiqəsi Elnarə Bəkirovanın ailsəində xoşagəlməz hadisə yaşandığı üçün məclisi təxirə salmışdı.






Fikirlər