“MAYA BACI” hansı məşhurun qızı olub?
“Böyük dayaq” filmindən Maya bacı, “Ulduz” filmindən Ulduz kimi tanıdığımız aktrisa Tamilla Qurbanova Azərbaycanın görkəmli bəstəkarı Səid Rüstəmovun qızı olub. Bir neçə filmdə yaddaqalan obrazlar yaradan aktrisa 1936-cı ildə Bakıda anadan olub. 1959-cu ildə Qnesinalar adına Musiqi institutunun "fortepiano" ixtisasını bitirib. Elə həmin ildə də institutun tələbəsi olan vokalçı Olgerd Krastınşa ərə gedərək Riqaya köçüb. T,Qulami musiqi ixtisasına yiyələnsə də,1962-ci ildə “Böyük dayaq”, 1964-cü ildə “Ulduz” və “Zirvə”, 1971-ci ildə isə “Axırıncı aşırım” filmlərində aktrisa kimi rol alıb.