Vəhhabiliyi ifşa edən KİTAB yenidən nəşr edildi

“Cahil təkfirçilər Məhəmməd Nəsrəddin əl-Əlbanini İslam yenilikçisi hesab edir. Onun tənəzzülə doğru səsləyən əsərlərini həqiqət kimi qələmə verməklə mötəbər ayə və hədisləri inkar edirlər.

Mərakeşdən olan  məşhur İslam alimi şeyx Abdullah əl-Qumari(1910-1993) “Əlbaninin ifşası” adlı kitabında Əlbaninin nəzəriyyə və prinsiplərini rədd etməklə vəhhabilərin əsas yanlışlıqlarından danışır...”

Moderator.az bu haqda İslam saytlarına istinadla xəbər verir. Müəllifin arqumentləri o dərəcədə inandırıcıdır ki, sözügedən kitab bir neçə dəfə təkrar nəşr olunmaqla dünyanın müxtəlif ölkələrində populyarlıq qazanmışdır. Həmin kitabı oxuyanlar son onilliklərin əsas sualına cavab tapırlar: “Nəyə görə vəhhabilik İslam deyil?”...
Tatarıstanın paytaxtı  Qazanda “Hüzur” Nəşr Evi tərəfindən  “Əlbaninin ifşası” kitabı  rus dilində yenidən çap edilib. Maraqlananlar  məşhur kitabı huzurshop.ru saytı vasitəsilə əldə edə bilərlər. 
 

 






Fikirlər