
Məlum olduğu kimi bu gün "ANS Müstəqil Yayım və Media" Şirkətinin fəaliyyətinə xitam verildi
Məhkəmənin qərarı şirkətin işçiləri ilə yanaşı sənətçiləri də məyus edib.
Primetime.az xəbər verir ki, məsələyə münasibət bildirənlər sırasında Azərbaycanın xalq artisi, tanınmış estrada ulduzu Faiq Ağayev də var.
Müğənni rəsmi Facebook hesabında kanalın loqosunun paylaşaraq, bu sözləri yazıb:
"25 il Azərbaycan tamaşaçısına operativ, etibarlı xəbərlər çatdırıb, xidmət edən ANS TV-nin yayımdan məhrum olması böyük itkidir. Doldurulmaz, kəskin boşluqdur bu tamaşaçılar üçün... Ümidvaram ki, Ali Məhkəmə bu işin son qərarını verəndə Azərbaycan teleməkanının ayrılmaz hissəsi, Azərbaycan jurnalistikasının parlaq simalarından biri olan ANS-i xalqdan, xalqı da ANS-dən iraq saxlamayacaq. Mən haqq-ədalətə inanıram".