QƏFİL gələn zəng: Ərini Zaurla aldatdı, Röya isə Zamiqlə... - xəyanətin dərmanı
“Alo, mənə o qızı tapın, alo, alo, alo....”. Telefonun dəstəyi əlimdə otağa göz gəzdirdim, bura polis şöbəsi deyildi, axtarış bürosuna heç oxşamırdı, AzTv-nin hitlərindən olan “ailələr və talelər” verilişi ilə ümumiyyətlə yaxından-uzaqdan əlaqəsi yox idi. Hələ də susuram, o biri xətdəki naməlum səs isə təngənəfəs halda qız axtardığını təkrarlayır, səsi qırıq-qırıq eşidilir, təngənəfəsdir, eramızdan əvvəl Daranın məğlub edildiyi xəbərini Afinaya çatdırmaq üçün 42 kilometri birnəfəsə qaçan, mənzil başına çatanda ölən döyüşçünün vəziyyəti gözlərimin önünə gəlir, “görəsən o döyüşçü ölməsəydi, indi Marafon yarışları olardımı?!” deyə mənasız-mənasız düşünürəm və qəfil o biri xətdəki səs kəsilir. Adam qəfil ayıldı. “Bura Publika.az-ın redaksiyası deyilmi?!” deyə ilan vurmuşlar kimi dedi. Təsdiqləyəndən sonra ürəyi yerinə gəldi. Ölüm qorxusu o qədər güclü idi ki, marafonu da unutdum, Daranı da. Təsəvvür edin, tanımadığınız adamla telefonda danışırsınız, ilk sözdən sonra ölür və siz cinayətkar olursunuz. “Telefon cinayəti”, yaxud “Cani telefonda” deyə manşetlər atılır. Bu, kriminal aləmin ən qəribə cinayəti olardı, məncə. Kababa görə qızını öldürən atanın əməlindən belə dəhşətli və qəribə. (http://publika.az/p/146462). Hətta cinayətlə bağlı oxunan ilk sıradakı xəbəri də ötüb keçərdi. (http://publika.az/p/145734).
“Ayə qoyma öldü” instinkti ilə qışqırmaq istəyirdim ki, “mənə o qızı tapın” sözü yenə kabeldən keçib qulağıma girir. Soruşuram, “hara zəng etmisən”.
Redaksiyaya gələn naməlum zəngi isə güman ki, media aləminin dəhşətli olmasa da, ən qəribə hadisəsi adlandırmaq olar.
Oxucu imiş, Publika.az-da oxuyub ki, əri aldatdığı üçün bir qız ona xəyanətlə dərs verib. (http://publika.az/p/145131). Özünü Aytəkin kimi təqdim edən bu qız 100 kiloluq qadınla xəyanətə uğradığı üçün, əri Ruslana Zaur adlı oğlanla xəyanət edib. Bizim oxucu da indi həmin qızı axtarır. Sizcə burada nə düşünmək olar: yəqin, bu oxucu həmin qızı tapıb, “bir dəfə də mənimlə xəyanət elə” xahişi edəcək. Ya da ki... heç nə.
Amma siz söhbətə qulaq asın. Qızı axtaran naməlum adam deyir ki, xəyanətə uğrayan qadınlar üçün dərman tapıb. Bu elə bir məlhəmdir ki, xərçəngin dərmanını tapmaq üçün (http://publika.az/p/146374) əlləşən elm aləmi bunu ümumiyyətlə kəşf edə bilməz. Əvvəl çox maraqlandım, etiraf edim ki, bu bir az da kişiləri xilas etmək istəyindən irəli gəlirdi. Amma adam yalnız qıza deyəcəyində israr etməyə başladı. Onda başqa taktikaya əl atdım. Dedim ki, sənə o qızı tapacam, üstündə də atasına görə ərinə xəyanət edən birini də bonus olaraq verəcəm. (http://publika.az/p/146468). Bir təhər yola gətirdim.
500 qram qoz qabığı
200 qram su.
(http://publika.az/p/146320).
Bir az donuz ciyəri.
(http://publika.az/p/146001)
Bir parça ət.
(http://publika.az/p/146272)
Resept belədir. Bu, doğum evində kişini qadın bilib əməliyyat etmək qədər (http://publika.az/p/146436) insanı dolmaq idi. Ona də belə dedim. Amma naməlum adam “əsil sirri özümdə saxlayıram” deyə sirli şəkildə dedi. Hətta iddia etdi ki, onun resepti sayəsində Bakımız, bu gözəl, abad, şeytanı mələyə çevirənlərin şəhəri Timbutktu şəhərini qabaqlaya bilər. (http://publika.az/p/146303). Bu deyəsən Cimminin timsahla sevişməsi qədər ağ oldu deyəsən. (http://publika.az/p/146456) .
Heç ola bilərmi ki, Bakımız Timbutktuya bənzəsin. İnandırıcı olmaq üçün, mənə deputatın yuxusuna haram qatmamaq üçün azanı qadağan etməsindən, (http://publika.az/p/146459), vəzifəli şəxsin işə metro ilə gedib-gəlməsindən, (http://publika.az/p/146198), çimərlikdə qadını pis vəziyyətə salan 4 oğlandan (http://publika.az/p/146304) danış, deyim hə...
“Mənə bir az ondan danış”, - deyə telefondakı adam yenə əvvələ qayıdır və axtardığı qız haqda soruşur.
“Gəl sənə, Hitlerin qələmini qıran, Stalini əllərində daşıyan, istəyəndə ölən, istəyəndə dirilən adamdan danışım (http://publika.az/p/146146)” deyirəm.
“Yox, mənə atasına görə ərini aldadan qadından da danış bir az” deyə “bonus” vermək istədiyim məsələyə qayıdır.
“Sənə bir az Qarabağdan, yaxın günlərdə gözləniləcək proseslərdən danışım (http://publika.az/p/146175)” deyə fikrini dağıtmaq istəyirəm.
Telefonu üzümə qapayır. Kimə, mənə?! Heç olmasa sən etmə. Onsuz da cavab verməmək üçün min hoqqadan çıxan deputatlarla, telefonu günün istənilən vaxtı üzümüzə qapayan məmurlarla, bizi günlərlə gözlədən mətbuat katibləri ilə əlləşməkdən bezmişik. Heç olmasa sən eləmə.
... Mən sənə bir neçə gün sonra başlayacaq müharibədən danışmaq istəyirdim. (http://publika.az/p/146509). Ərdoğanla-Putinin planlarını açıqlayacaq (http://publika.az/p/146020), Putinlə Sarkisyanın görüşündəki detalları ortaya çıxaracaq (http://publika.az/p/146257), Çinin gizlətdiyi sirləri de-şifrə edəcəkdim. (http://publika.az/p/145872).
Bunları bəyənməsən, ən sevdiyin mövzuya keçərək, Berluskoninin sarı, Obamanın qara kişmişlərini, Trampın 1.80 boyundakı gözəllərini hüzuruna gətirəcəkdim. (http://publika.az/p/146484) .
Saat 22:15-ə diqqət etməyini (http://publika.az/p/145411), Sussanna ilə (http://publika.az/p/136048), Süşü nənənin (http://publika.az/p/104134) hansının daha gözəl olduğunu deyəcək, 11 kişinin dünyanın başına açdığı oyunlardan (http://publika.az/p/145912) bəhs edəcəkdim.
Bəhs edəcəkdim ki, ötən həftə Bakıda dünyanın dağılmasının qarşısını necə aldıq (http://publika.az/p/145900). Küçədə yadplanetli ilə qarşılaşan (http://publika.az/p/145023) Publika.az oxucusunun tökdüyü göz yaşlarının Allahın yağışından daha güclü olduğundan danışacaqdım sənə.
Bütün sözlərim ilişib qaldı boğazımda. Başladım boğulmağa və yadıma düşdü ki, bayaqdan boşboğazlıq edirəm. Bu həftə sonu mənə lazım idi. Cəhənnəm olsun, hər şey, onsuz da bu gün-sabah yer üzünə də cəhənnəm gələcək. (http://publika.az/p/146573). Nə qədər yanmamışıq, gedim Röya ilə Zamiqin ehtiraslı fotolarına baxım. (http://publika.az/p/146556).