10 il sonra yenidən bir arada... - FOTO
Bergüzar Korel və Halit Ergenç yeni serial üçün kamera qarşısına keçiblər. “Qafqazinfo” xəbər verir ki, məşhur cütlük Kanal D-də yayımlanacaq “Vatanım sensin” ekran işində rol alacaqlar. Halit Ergenç “Cevdet Yüzbaşı”, Bergüzal Korel isə onun Balkan xanımı olan “Azize” obrazını canlandıracaq. Xatırladaq ki, evli olan iki tanınmış sima sonuncu dəfə 2006-cı ildə “Binbir gece” serialında rol almışdılar.