Tənha yaşayan xalq artisti heç kimi görmək istəmir

Azərbaycan kinosunun və teatr səhnəsinin incilərindən biri olan Səfurə İbrahimova illərdir qapalı həyat tərzi keçirir.

O, 2005-ci ildə səhhətində problem yarandığına görə işlədiyi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrını tərk edib. Onunla nə həmkarları, nə də ən yaxın qohumları əlaqə yarada bilir. Aktrisa sənətdən uzaqlaşdığı kimi, insanlardan da uzaqlaşıb.

AzerTaym.az saytı xəbər verir ki, Azvision.az gözdən itən xalq artisti ilə əlaqə saxlayaraq, hal-əhval tutmağa çalışıb. Səhhətinin normal olduğunu deyən S.İbrahimova heç kimlə ünsiyyətdə olmaq istəmədiyini söyləyib: “Səhhətim normaldır. Özümü pis hiss etmirəm. Sadəcə olaraq havaların yağışlı, tutqun keçməsi əhvalıma mənfi təsir göstərir. Belə havanı sevmirəm. Evdə tək qalmağa üstünlük verirəm. Özüm üçün yaşayıram. Heç kimlə maraqlanmıram, heç kimi axtarmıram, istəmirəm. Qəzet, jurnal oxumuram. Arada televizora baxıram. Kimləsə söhbət etməyə nə vaxtım, nə də həvəsim var”.

Qeyd edək ki, Səfurə İbrahimova Hüseyn Cavidin “İblis” faciəsində oynadığı Rəna roluna görə 1984-cü ildə Dövlət mükafatına, 1974-cü ildə əməkdar artist, 2002-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.






Fikirlər