“Onu ancaq evdəkilər üçün edə bilərəm” - Zülfiyyə + FOTOLAR
“Dəniz böyüyüb, yekə qız olub. Dərsləri yaxşıdır, başqa cür ola bilməz, onun xasiyyəti mənim xasiyyətimlə uyğundur”. “Qafqazinfo” xəbər verir ki, bus özləri xalq artisti Zülfiyyə Xanbabayeva deyib. Müğənni söyləyib ki, qızı Dənizi heç nəyə məcbur etmir: “Çox qabiliyyətli və istedadlı qızdır. Qızım peşə seçiminə qarışmayacam. Hansı ixtisasın arxasınca getsə, maneçilik törətmərəm. Onu heç nəyə məcbur etmirəm”. Xalq artisti uzunmüddətdir ki, efirdə görünməməyinin səbəbini açıqlayıb: “Hər zaman seçici olmuşam, verilişlərə çox çıxmamışam. Çox sağ olsunlar, gənclər, TV nümayəndələri, media əhli məni diqqətsiz qoymayıblar. Sadəcə olaraq xasiyyətim bu cürdür. 30 ildir ki, səhnədəyəm, 30 il ərzində xasiyyətim dəyişməyib. Yəqin ki, Novruz Bayramında konsertlərdə məni görəcəksiz”. “Sizi aktrisa kimi görəyəcəyik?” sualına isə Xanbabayeva belə cavab verib: “Bəli, belə bir qabiliyyətim var. Bunu Cabir və Tahir də bilir. Amma yəqin ki, bu istedadım mənimlə də gedəcək. Kompleksim var, üzə çıxara bilmirəm. Onu ancaq evdəkilər üçün edə bilərəm. Başqa cür yox”.