Hadisə və Mahsun Kırmızıgül Zəhradan yazdı (FOTO)

Hadisə və Mahsun Kırmızıgül Zəhradan yazdı

Türkiyəli müğənni-aktyor Mahsun Kırmızıgül Ermənistan silahlı qüvvələri tərəfindən öldürülər 18 aylıq Zəhra ilə bağlı paylaşım edib.

"Qaynarinfo" xəbər verir ki, sənətçi körpənin qanlar işində olan şəklini yayımlayaraq hadisəni törədənləri lənətləyib:

“Zəhra körpə nənəsi ilə birlikdə Azərbaycanda öldürüldü. Bu aləmdə uşaqlar hələ də ölməyə davam edir. Adları, dinləri, ölkələri fərqli olsa da, ölən uşağın kimliyinin heç bir əhəmiyyəti yoxdur. Dinc əhaliyə qarşı törədilən bu kimi alçaq hücumlar kimdən gəlirsə gəlsin, min dəfə lənət olsun”.

Digər türk müğənni Hadisə də rəsmi "Instagram" səhifəsində həlak olmuş 2 yaşlı Zəhranın fotosunu paylaşaraq yazıb:

"İçim ağrayır ... 2 yaşındakı bir körpə .. Dərd çəkən analar ... Bu insanlığa sığmayan vəhşi bir hücumdür! Terror hücumlarını dilindən, dinindən irqindən asılı olmayaraq qınayıram və qınamağa davam edəcəm! Buna bir son verin! Azərbaycana səbr diləyirəm...".

AzerTaym.az

 






Fikirlər