Təhsillə mədəniyyət bir arada olmayanda....

Təhsillə mədəniyyət bir arada olmayanda.... Cəmiyyətdə təhsilin tənəzzülü mədəniyyəti də süquta sürükləyə bilər!

Hər bir xalqın mədəni səviyyəsi onun təhsili ilə birbaşa bağlıdır. İnsan istedadlı rəssam ola bilər, musiqi duyumuna malik olar, amma savadı olmasa, mədəni adam sayılmaz, mədəniyyətini artıra da bilməz.

Bu gün Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması istiqamətində hökumətimiz və ona etibarlı tərəf müqabili kimi çıxış edən Heydər Əliyev Fondu əhəmiyyətli, genişmiqyaslı işlər həyata keçirir. Ölkəmizdə möhtəşəm beynəlxalq sosio - mədəni tədbirlər təşkil olunur. Tarixi, mədəni irsimiz dünya mədəni irsinin siyahısına daxil edilir.

Lakin acınacaqlıdır ki, təhsilimizin səviyyəsi elə də ürəkaçan deyildir. Bu sahədə həlli vacib problemlər mövcuddur və təəssüf ki, get-gedə düzəlmək əvəzinə, əksinə, dərinləşməkdədir.

Təhsillə mədəniyyətin əlaqəsi dedikdə, heç də yalnız ümumtəhsil məktəblərində musiqi və rəssamlıq fənlərinin tədrisi, yaxud, musiqi və incəsənət məktəblərində elmi biliklərin əsaslarını təşkil edən fənlərin tədrisi başa düşülmür. Bu əlaqə özündə daha çox cəhətləri ehtiva edir. Məsələn, müəllimin pedaqoji ustalığı ilə onun geyimi tərs mütənasiblik təşkil edirsə, bu, mütləq diqqətdən yayınmayacaqdır. Yaxud, müəllimin məktəbdənkənar həyat tərzi, əlavə qazanc gətirən məşğuliyyəti onun sinifdə apardığı tərbiyə işi ilə ziddiyyət təşkil edirsə, onun ictimai qınağa tuş gəlməsi qaçılmazdır.

Mövzu ilə əlaqədar fikir mübadiləsi apardığımız ziyallıların - təhsil mənsublarının, mədəniyyət xadimlərinin və cəmiyyətin digər zümrələrinin nümayəndələrinin məsələyə münasibətlərini ifadə edən fikirlərini oxucularımıza təqdim edəcəyik.






Fikirlər