KÖNÜL Xasıyevanın SƏHHƏTİ yenə də PİSLƏŞİB!

Xalq artisti, xanəndə Könül Xasıyeva  2 ildən çoxdur ki, səhhətindəki problemlərlə mübarizə aparır. 

Çıxışlarının birində “Özümü çox pis hiss edirəm. Onurğa sütunumda problem var. Bundan başqa şəkərim var. Öz ağrı-acılarımın mətbuata çıxmasını istəməzdim. Bu, mənim problemimdir. İstəməzdim ki, məni belə görsünlər. İndi ağrılarım çoxdur, Vallah çox danışa bilmirəm. Hər gün ağrıkəsici vurulur. Ümidim bir tək Allaha qalıb. O, mənə kömək olsun”- deyə bildirib.

Modern.az saytı sənətçinin səhhəti ilə bağlı vəziyyəti öyrənmək üçün onunla əlaqə saxlayıb. Xalq artisti sistem altında olduğunu bildirib. Təəssüf ki, danışmaqda çətinlik çəkdiyi üçün müalicəsi ilə bağlı ətraflı məlumat ala bilmədik.

Qeyd edək ki, Könül Xasıyeva 1968-ci il mart ayının 17-də Şəkidə anadan olub. 1981-1986-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində xalq artisti Şövkət Ələkbərovanın tələbəsi olub. 1986-1991-ci illərdə təhsil alıb-məzun olduğu Azərbaycan Dövlət Konservatoriyasında (indiki Musiqi Akademiyası) xalq artisti Arif Babayevin tələbəsi olub. Xanəndə onurğa iflicindən əziyyət çəkir və hazırda müalicə alır. Aparıcı Hacı Nuran Hüseynovun “Həyat” Xeyriyyə Fondu muğam ifaçısının müalicəsinə dəstək olur.

AzerTaym.az






Fikirlər