“ATAM kimsəylə DANIŞMAQ istəmir” - FUAD Poladovun oğlu
“Fuad Poladov müalicəsini davam etdirir, vəziyyətində hansısa irəliləyiş yoxdur.”
Bu sözləri Kulis.az-a açıqlamasında Xalq artisti Fuad Poladovun oğlu Ağarəhim Poladov söyləyib. Onun sözlərinə görə, aktyorun vəziyyəti stabildir:
“Müalicəsini burada alır. Gələn zəngləri açmır, çünki özü kimsəylə danışmaq istəmir. Xahiş edirəm, anlayışla qarşılayasınız”, - o, daha sonra əlavə edib.
Xatırladaq ki, aktyor Fuad Poladov xeyli müddətdir ki, xəstəliklə mübarizə aparır.