Doğularkən çəkisi ilə SSRİ-yə səs salan Azərbaycan GÖZƏLİ - VİDEO

Doğularkən çəkisi ilə SSRİ-yə səs salan Azərbaycan gözəli - VİDEO

Azərbaycan kino və teatr aktrisası, televiziya aparıcısı, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, dosent Həmidə Ömərova. O, dövrünün ən gözəl qızlarından idi. Zərif, xanım-xatun olmağı ilə ətrafını özünə heyran qoyurdu.
Onu heç vaxt artıq çəkidə görməsək də, doğulanda həddindən çox kök olub. Özünün dediyinə görə, qeyri-adi doğulub. Gələcəyin ən gözəl qızlarından biri Həmidə xanım 5 kilo yarım çəkidə dünyaya göz açıb. Dünyaya gəlişi ilə bütün SSR məkanına səs salan balaca qız haqqında Moskvanın qəzetlərinən birində məqalə yazılıb.
Həmidə xanım 25 aprel 1957-ci ildə Bakıda müəllim ailəsində anadan olub.
Medicina.az feysbukdakı "Belə-belə işlər” səhifəsinin Həmidə Ömərova barədə hazırladığı maraqlı videonu təqdim edir.
 
 
 






Fikirlər