Flora Kərimovadan Bakıda erməni mahnısı oxuyan rus müğənniyə SƏRT SÖZLƏR

Flora Kərimovadan Bakıda erməni mahnısı oxuyan rus müğənniyə SƏRT SÖZLƏR

Xəbər verdiyimiz kimi, əslən ukraynalı olan rusiyalı müğənni Lyubov Uspenskayanın verdiyi müsahibədə Qarabağ döyüşlərinin qızğın vaxtlarında Bakı restoranlarının birində sərxoş halda səhnəyə çıxaraq erməni dilində mahnı oxuması böyük səs-küy yaradıb.

Publika.az xəbər verir ki, məlum hadisəyə Xalq artisti Flora Kərimova münasibət bildirib:

“Düşünmürəm ki, o bizi lağa qoyub, görünür ki, sərxoş olub. Xüsusən də sərxoş qadın özündə olmur, sözündən, təbii ki, yerişindən xəbəri olmur.

Əziz Lyuba xanım, başa düşürəm ki, siz sərxoş olmusunuz. O qədər sərxoş olmusunuz ki, ayaq üstə güclə dayanmısınız. Bura Qafqazdır, bura Azərbaycandır. Burada kişilər qadın qarşısından keçəndə hörmət əlaməti olaraq şlyapasını çıxarır. O musiqiçilər sizi sadəcə "naqolay" vəziyyətdə qoymaq istəməyib. Onlar sizi “pozor” etmək istəməyib. Qadını lağa qoymaq bizə və kişilərimizə xas xüsysusiyyət deyil.

Siz dəvəti qəbul edərək Bakıya gəlib erməni mahnısı oxumaq və pul qazanmaqla düz etməmisiniz. Sizi mən öyrətməli deyiləm. Deyirsiniz ki, musiqiçilər sizi başa düşməyib. Onlar onu başa düşüb ki, siz müharibə gedən və yüzlərlə itkisinin olduğu ölkədə mahnı oxumağa layiq deyilsiniz. Sərxoş qadın nə başa düşə bilər axı? Siz ehtiyatsız söz və təklifinizlə övladını bu müharibədə itirmiş anaları incitdiniz. Bu anaların milliyyəti yoxdur, onların övlad itkisinin ağrısı var. Sizə daha nə deyə bilərəm ki? Ümid edirəm ki, siz öz səhvinizi başa düşərsiniz. Sizdən incimirik, demirəm ki, siz xəstəsiniz. Siz sadəcə sərxoşsunuz, təəssüf ki, ayıq halda da sərxoşsunuz.

Növbəti dəfə böyük Azərbaycan xalqı və onun musiqisi haqqında danışanda yüz dəfə fikirləşməyə dəvət edirəm. Sərxoşluq qadınlıq və analığı bəzəmir, xüsusilə Rusiya vətəndaşını heç bənzəmir. Çünki bizim hər birimiz öz dilimiz, mədəniyyətimiz və mahiyyətimizlə ölkəmizin səfiriyik”.






Fikirlər