“Deyirlər, Mehriban qaraqabaqdır, heç kimi saymır”
Çox emosional adamam. Sadəcə olaraq bir şey var: Əgər bədii əsərlərlə tamaşaçı qarşısına çıxırsansa, deməli, bir fikrin, mesajın var. Hansısa fikri ötürmək istəyirsən. Ən incə mətləbləri, ən dərin fikirləri qışqıraraqmı söyləyirsən, yoxsa pıçıldayaraq? Hansı daha təsirli olacaq? Səhnədə, ekranda aktyorluq deyilən anlayışları çılğınlıqla, pafosla, haray-həşir və qalmaqalla səhv salırlar. Bu, məni narahat edir. Kimsə çılğındırsa, ona “səndən yaxşı aktyor olar” deyirlər. Aktyorluq çox çətindir. Dırnaq arasına saldıqca “artist” sözünün mənası da dəyişib”.
Qeyd edək ki, M.Zəki 1990-cı ildən 2005-ci ilədək “Yuğ” Dövlət Teatrında aktrisa işləyib və teatrın səhnəsində bir çox rolları oynayıb. İndiyədək bir çox filmlərdə və tamaşalarda müxtəlif obrazları canlandıran sənətçi 1998-ci ildə “Əməkdar artist”, 2018-ci ildə isə “Xalq artisti” fəxri adına layiq görülüb.