Elçibəyin qızı və nəvələrinin son FOTOSU
Dünyada tüğyan edən koronovirus təhlükəsi hər kəsi özünü qorumaq üçün evdə qalmağa məcbur edir. Təkcə Azərbaycanda deyil, əksər ölkələrdə insanlar ehtiyac olmadığı halda evdən çıxmır, ictimai yerlərdən uzaq qaçırlar. "AzerTaym.az" modern.az-a istinadən xəbər verir ki, qardaş Türkiyədə yaşayan Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin qızı və nəvələri də bu günləri evdə keçirir. Ailə şəklini sosial şəbəkədə paylaşan Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli ailə üzləri ilə birgə evdə qalmağa üstünlük verdiklərini qeyd edib.