Xalq artisti Canəli Əkbərovun oğlu VƏFAT etdi
Xalq artisti Canəli Əkbərova ağır itki üz verib. Yenisabah.az xəbər verir ki, xalq artistinin oğlu, 1962-ci il təvəllüdlü Asəf Əkbərov vəfat edib. Buna səbəb səhhətindəki problemlər olub. Mərhumun nəşini dəfn etmək üçün bu gün iyulun 10-da Lənkəran rayonunun Tükəvilə kəndinə aparacaqlar. Qeyd edək ki, aprel ayının əvvəlində Canəli Əkbərovun qardaşı da Rusiyada avtomobil qəzasında həlak olmuşdu. /Qaynainfo