“Sadəcə olaraq ermənilər o qədər alçaq, şərəfsiz millətdirlər ki, özlərini qorumaq üçün Suriya ermənilərini zərbə altında qoyurlar. Özünüz də görürsünüz ki, Qarabağda yerli ermənilər qalmırlar, qaçırlar”
Bunu Moderator.az-a açıqlamasında Xalq şairi Vahid Əziz deyib. Xalq şairinin sözlərinə görə bu Rusiyanın tarixi planıdır:
“Bu, Rusiyanın böyük bir səhvidir. 1947-ci ilin dekabrında gorbagor Mikoyanın təklifi ilə Stalin Ermənistanda yaşan Azərbaycan kolxozçularının və digər əhalinin ordan köçürülməsi ilə bağlı qərar qəbul etdi. Bununla da 45 min ailəni, yəni təxminən yarım milyon insanı ordan köçürdülər. Əvəzində isə həmin yerlərə Suriya ermənilərini yerləşdirdilər, amma bir il yaşayandan sonra onlar ərazidən qaçdılar. Sadəcə olaraq ermənilər o qədər alçaq, şərəfsiz millətdirlər ki, özlərini qorumaq üçün Suriya ermənilərini zərbə altında qoyurlar. Özünüz də görürsünüz ki, Qarabağda yerli ermənilər qalmırlar, qaçırlar. Əslində Rusiya Suriyayla müharibəni ona görə başladı ki, Ermənistan boşalmasın. Artıq ermənilərin sonu yetişib. Leniçko da bunu yazıb. 2028-ci ilə kimi bu sona çatacaq. Bu çox axmaq bir şeydir və Suriya erməniləri də bunu başa düşüb o yerləri tərk edəcəklər. Bütün dünya bilir ki, Qarabağ bizim torpağımızdır”.
V.Əziz düşmənin bizim zəif nöqtələrimizdən xəbərdar olduğunu və bundan istifadə etdiyini bildirib:
“Bu gün çox sağ olsun ki, Türkiyə bizə dəstək oldu. Qıraqdan baxana müharibə asan gəlir. Kimdən soruşursan deyir ki, vuruşaq, amma baxırsan ki, nə özü, nə qohum-əqrəbası əsgərlikdə olmayıb. Müharibə etmək üçün hər şeyi ölçüb-biçmək lazımdır. Düşmən bizim zəif cəhətlərimizi, içimizdən parçalanmağımızı, müxalifətin iqtidara qarşı birləşib haqlı-haqsız münasibətini bilir. İqtidarda bəzi şərəfsiz adamların ölkədə talançılıq etdiyindən də xəbərdardır. Ona görə də başımıza bu oyunlar açılır. Nə vaxt ki, bir millət kimi ağlımız başımıza gəlsə, biz bir olsaq, onda hər şey yaxşı olacaq”.
V. Əziz məmurların vəzifəyə təyin olunan kimi bundan sui-istifadə etdiyini və ətraflarına öz yaxınlarını toplamalarını tənqid edib:
“Ömründə erməni yanında işləyən ağıllı adamı işdən çıxarıb, onun yerinə qohumunu götürməz. Bizdə harda ki, nazir, rəhbərlik dəyişir, orda ləhcə də dəyişir. Mənim hətta belə bir şeirim də var: “Elə ki, bir yerdə kəlçə dəyişir, şivə təzələnir, ləhcə dəyişir...”. Bax nə qədər ki, bizim rüşvətxorluğumuz, qohumbazlığımız, tamahkarlığımız var, torpaqlarımız işğalda qalacaq. Prezident onsuz da bu nazirlər və icra başçılarıyla bağlı islahatlara başlayıb. Bir də görürsən hansısa rayona icra başçısı qoyublar və o da rayonu zəbt edib. Adama deyərlər ki, səni bura işləməyə qoyublar, yoxsa zəbt etməyə? Bilmirsən ki, səni buna görə işdən çıxaracaqlar? Yəni bizi Suriya, Livan ermənilərinin Qarabağa köçürülməsindən qabaq, içimizdəki əxlaqsız elementlər narahat etməlidir”.