“Türkün bir qarış torpağını heç kimsə ala bilməz. Biz bir millətik, ona görə də mən həm də özümü azərbaycanlı hesab edirəm. Heç kimin torpağına təcavüz etmədik, sadəcə olaraq bizim olanı aldıq. Torpaq namusdur, şərəfdir, dəyərdir. Qələbə sizə heç də ucuz başa gəlmədi, şəhidlər, qurbanlar verdiniz. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, ailələrinə baş sağlığı verirəm. İstəmirəm bundan sonra gözüyaşlı şəhid anası görüm. Bilirəm ki, Gəncədə, Bərdədə, Tərtərdə sivillər də öldürüldü. O öldürülənlər əsgər deyildi. Əmziyi ağzında olan körpə balalar idi”.
"AzerTaym.az" bildirir ki, bu sözləri Moderator.az-a açıqlamasında məşhur aktrisa Ufuk Kaplan deyib. Azərbaycanı çox sevdiyini bildirən aktrisa hal-hazırda ölkəmizdə olmaq istəyini də gizlətməyib.
“ Qarabağ alınan günü azərbaycanlı rəfiqəmin evində qonağ idim. O gecəni sevincdən yatmadıq, çox gözəl şəkildə qeyd etdik. Azərinin “Çırpınırdı Qara Dəniz” mahnısını gözyaşları içində həm oxuduq, həm də dinlədik. Daha öncə Şəkiyə, Bakıya gəlmişdim. Hal-hazırda orda olmaq, qələbəni sizinlə birlikdə qeyd etmək istəyirəm. O coşqunu yerində yaşamaq istəyərdim. Siz əslində bütün dünyaya “Bu bizim torpağımız, torpağımızı vermərik. Bu bizim canımız, canımızı və körpələrimizi qurban vermərik, madam ki, verdik heç bir şəkildə torpaqlarımız düşməndə qala bilməz” deyə bir mesaj verdiniz. Sizin olanı almaq üçün illər öncə də eyni qurbanları vermişdiniz” deyə aktrisa bildirib.
Ufuk Kaplan sənətindəki yeniliklərdən də danışıb.
“Bilirəm ki, azərbaycanlı tamaşaçılar məni “Aşkı memnu” serialındakı rus qızı Katya obrazı ilə tanıyıb-seviblər. Əslində obrazın yaxşı alınması filmin, serialın kollektivindən aslıdır. Biz göz önündə görünürük, amma arxamızda görünməyən böyük işçi kollektivi var. Hal-hazırda “Soluk” adlı serialda çəkilirəm. Burda da çox gözəl kollektivlə çalışıram. Maraqlı və fərqli bir ekran işidir. İnşallah tezliklə tamaşaçılara təqdim edəcəyik” deyə Ufuk Kaplan bildirib.