"Fəxri ad nədir ki, addan başqa bir şey deyil axı. Xahiş edirəm məni o sıraya salmasınlar. Mən heç vaxt nə zəmanə oxuyanı, nə də adamı olmuşam”.
"AzerTaym.az" bildirir ki, bu sözləri Moderator.az-a açıqlamasında müğənni Akif İslamzadə deyib.
O, fəxri ada layiq görülməyin onun üçün elə bir əhəmiyyət kəsb etmədiyini bildirib:
"Akif İslamzadə ad istəsəydi, özü-öz adını yazardı. Mənim əlimdə belə imkanlarım olub. Bundan böyük imkan ola bilməz. Mən bunun içində böyüyən adamam. Sara xanımın bütün fəxri adları var idi. Rəhmətlik Elçibəylə də bu barədə söhbətimiz oldu və dedim ki, fəxri adları yığışdıraq. Haqsızlıq isə olmalıdır, hansı ki, haqsız dünyada yaşayırıq. Akif İslamzadə deyəndə hər şey aydındır, mənə bundan artıq heç nə lazım deyil. Adımın nə əvvəlində, nə də axırında başqa bir şey istəmirəm. Mən bir ad istəyirəm, onu da bəndə verə bilməz. Bu isə Əşrəf adıdır. Əsas odur ki, bu ada layiq olaq, bunun içində hər şey var”.
Fikirlər