BABA VƏZİROĞLU: “O xalq yazıçısı mənim ölüm fərmanımı imzaladı“
Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu yaradıcılığı ilə bağlı bir sıra maraqlı açıqlamalar edib. Şair kulis.az-a müsahibəsində nəsrdən poeziyaya keçməyinin səbəbini açıqlayıb: “Nəsrdən mənim başım çox çəkdi. İlk nəsr kitabım çap olanda bir akademikimiz, bir də Xalq yazıçımız həmin kitab haqqında dəhşətli bir "antisovet” rəy yazıb göndərdilər KQB-yə. Həmin akademik, o Xalq yazıçısı mənim ölüm fərmanımı imzaladı. Adlarını çəkmək istəmirəm. Həmin akademik rəhmətə gedib, Xalq yazıçısı isə hələ də sağdı, çox yaşlı yazıçıdır. Allah onun canını sağ eləsin (gülür). Bax, belə şeylərə görə başım çox ağrıdı. O vaxt Mərkəzi Komitədə mədəniyyət şöbəsinin müdiri Vəfa Quluzadə idi. O mənə dəstək oldu. Həmin məsələdə Bəxtiyar Vahabzadə də mənə çox böyük dəstək oldu. Kitaba aid böyük bir məqalə yazıb məni müdafiə elədi”.